XƏBƏRDARLIQ: “Mu” ştammı Azərbaycanda da yayılacaq” - VİDEO

XƏBƏRDARLIQ: “Mu” ştammı Azərbaycanda da yayılacaq” - VİDEO
Video
Sosial 1852

“Koronavirusun “Mu” variantı “Delta” qədər yoluxucu və öldürücü gücə malik deyil”.

BAKU.WS xəbər verir ki, bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib. O, insanları “Mu” variantına görə təşvişə düşməməyə çağırıb:

“Heç bir həkim xəstəyə baxıb onun “Mu” və ya başqa varianta yoluxduğunu deyə bilməz. Bunu yalnız molekulyar genetik üsulla müəyyənləşdirmək olar. Lakin hansısa əlamətlərin üstünlük təşkil etməsinə görə zamanla onu ayırd edə bilərik. Məsələn, “Delta” variantında daha çox boğaz, baş ağrısı, burun tutulması qeydə alınır. Düzdür, bu əlamətlər klassik COVID-19-da da olur. Sadəcə olaraq “Delta”da sözügedən əlamətlər daha çox üstünlük təşkil edir”.

V. Cavadzadə bildirib ki, bu variantın ölkəmizə gəlmə ehtimalı yüksəkdir:

“Ölkəmizdə “Mu” variantına rast gəlinib-gəlinməməsini laborator nəticələrə əsasən deyə bilərik. Hazırda isə bununla bağlı açıqlama yoxdur. Güman edirəm ki, dünyanın 40 ölkəsində və bizə yaxın ölkələrdə yayılıbsa, gec-tez bizdə də yayılacaq. Lakin təşvişə düşməyə ehtiyac yoxdur”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər