XƏBƏRDARLIQ - Sizə belə mesajlar gələrsə polisə məlumat verin
Son dövrlər sosial şəbəkələrdə, mesencerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, "bonus", "lotereya", "mükafat qazandınız" kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN-kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS-lə göndərilən birdəfəlik şifrəni tələb etmir:
"Bu cür məlumatların paylaşılması kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər.
Şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, "pul köçürülməsi", "hesabınız dondurulub" və ya "kartınız bloklanıb" kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa, dərhal "102" Zəng Mərkəzinə və banka məlumat verin".
Oxşar xəbərlər
"Ehtiyat zabit hazırlığı kursu"nun növbəti buraxılışı olub
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı kursu"nun növbəti buraxılış mərasimi keçirilib. Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyind...