Xəbərdarlıq edilmədi, borc yazıldı: Bələdiyyə ilə sakinlər arasında qalmaqal
Bir qrup sakin bələdiyyə tərəfindən əvvəlcədən heç bir rəsmi bildiriş almadan adlarına borc yazıldığını iddia edirlər.
Məsələ ilə bağlı İctimai TV süjet hazırlayıb.
Süjetdə sakinlər iddia edirlər ki, sonradan təqdim olunan sənədlərdə borca faiz də əlavə edildiyi məlum olub.
Onların sözlərinə görə, sözügedən borcun yaranması ilə bağlı onlara nə yazılı xəbərdarlıq edilib, nə də hər hansı izahat verilib. Nəticədə uzun müddət xəbərsiz qaldıqları borc məbləği faizlər hesabına daha da artıb.
Məsələ ilə bağlı narazılığını ifadə edən vətəndaşlar bu yanaşmanı qanunsuz və ədalətsiz hesab etdiklərini deyiblər. Onlar borcun hansı əsasla hesablandığını və faiz tətbiqinin nəyə görə aparıldığını başa düşmədiklərini vurğulayıblar.
Reportajda həmçinin qeyd olunur ki, sakinlər problemin həlli üçün aidiyyəti qurumlardan aydın izahat və hüquqi qiymət gözləyirlər. Mövzu ictimai müzakirələrə səbəb olub və bələdiyyələrin maliyyə şəffaflığı məsələsini yenidən gündəmə gətirib.
Oxşar xəbərlər
Zaminlik müqaviləsi nədir və hansı məsuliyyəti yaradır?
Zaminlik müqaviləsi bağlayan vətəndaşlar çox zaman bunun nə qədər ciddi hüquqi və maliyyə riskləri daşıdığını nəzərə almırlar. Mütəxəssislər bildirirlər ki, bu...