Xarici vətəndaşların İran ərazisindən Azərbaycana keçməklə təxliyə prosesi davam edir
Xarici vətəndaşların İran İslam Respublikası ərazisindən Azərbaycana keçməklə təxliyə prosesi davam edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, artıq humanitar keçid 5 gündür ki, yüksək səviyyədə həyata keçirilir.
Qeyd olunub ki, bu ana qədər 600-dən artıq şəxsin Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən rahat keçidi təmin edilib. Təxliyə olunanlar arasında azərbaycanlıların da olduğu siyahıda 17 ölkənin vətəndaşları var.
Bu siyahıda MDB ölkələrindən Rusiya, Belarus, Qazaxıstan,Qırğızıstan, Tacikistan, Özbəkistan yer alır. Avropa ölkələrinə gəlincə, Almaniya, İspaniya, İtaliya, Serbiya, Rumıniya, Portuqaliya vətəndaşlarının müraciət əsasında təxliyələri həyata keçirilib.
Vətənlərinə yola salınan əcnəbilər arasında az da olsa ABŞ, BƏƏ, Çin və Vyetnam sakinləri də var. Təxliyə olunanlar İran tərəfində Azərbaycana keçmək üçün yüzlərlə şəxsin növbə gözlədiyi söylənilir.
Qalereya
Oxşar xəbərlər
Binəqədidə kafedə baş verən partlayışın şahidi danışdı: "İşçilərdən biri yanırdı, mən söndürdüm"
Binəqədidə obyektdə baş verən partlayışla bağlı hadisə şahidi danışıb. Onun sözlərinə görə, partlayışa qaz sızması səbəb olub. "Qazdan partlayış baş verdi. Üç n...