Xarici diplomatlar Kəlbəcərdə "İstisu" mineral su zavodunda olublar
Azərbaycanda akkreditə olunmuş diplomatlar Kəlbəcər rayonuna səfər çərçivəsində bu yaxınlarda istifadəyə verilmiş "İstisu" mineral su zavodunda olub, istehsal prosesini izləyiblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, diplomatik korpusun nümayəndələrinə zavodun fəaliyyəti, istehsal gücü və rayonun iqtisadi potensialının bərpasındakı rolu barədə ətraflı məlumat verilib.
Səfər zamanı vurğulanıb ki, "İstisu" zavodu Kəlbəcər rayonunda sənayenin bərpası və yeni iş yerlərinin açılmasında mühüm rol oynayır, onun məhsullarına isə artıq həm daxili bazarda, həm də xaricdə tələbat var.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda "İstisu" mineral su zavodunun açılışında iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
"Yaxşı balıq tutmaq olar, işə gedib-gəlməyə gəmi lazımdır" - İmişli sakinlərini çıxılmaz vəziyyətə salan yol
İmişli şəhərinin 1 200 nəfərdən çox sakini olan Hüseyn Cavid küçəsi tamamilə yararsız vəziyyətdədir. Sakinlər illərdir aidiyyəti qurumlara etdikləri müraciətlər...