Xaricdə təhsil almış həkimlərlə bağlı YENİ PROQRAM - bölgələrdə...

Xaricdə təhsil almış həkimlərlə bağlı YENİ PROQRAM - bölgələrdə...
Açıqlama
Sosial 55

Hazırda qarşıda duran ən mühüm məsələlərdən biri ilkin səhiyyə xidmətlərinin inkişafıdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, profilaktik yanaşma və erkən diaqnostikanın yetərli olmaması bəzi xəstəliklərin gec aşkarlanmasına səbəb olur və xroniki mərhələyə keçid riskini artırır. Bundan əlavə, skrininq və profilaktik xidmətlərin bölgələrdə eyni səviyyədə əlçatan olmaması paytaxt tibb müəssisələrinə müraciətlərin sayını çoxaldır.

Bu istiqamətdə artıq addımlar atıldığı bildirilir. Belə ki, Bərdə rayonunda ilkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsinə dair pilot layihə həyata keçirilir və nəticələrin digər bölgələrdə də tətbiqi nəzərdə tutulur.

Agentlik verilən açıqlamada digər vacib çağırış kimi regionlarda peşəkar tibbi kadrların və müasir avadanlıqların çatışmazlığını göstərib. Bildirilib ki, kadr və texniki baza bir-birini tamamlayan faktorlardır. Buna görə, xaricdə təhsil almış həkimlərin bölgələrdə fəaliyyətə cəlb olunması ilə bağlı proqram icra olunur.

TƏBİB tərəfindən regionlarda maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.

Görülən tədbirlərin məqsədi tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaq, regional balansı təmin etmək və sistemin uzunmüddətli davamlılığını gücləndirməkdir.

Şahanə Xankişiyeva

Son xəbərlər