Xankəndi Stadionunda tikinti işlərinin yekunlaşacağı vaxt bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndi Stadionunda tikinti işlərinin növbəti ilin birinci yarısında başa çatması nəzərdə tutulur.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Xankəndi Stadionunda yenidənqurma və əsaslı təmir işlərinin bir hissəsi icra edilmiş və MDB ölkələrinin III oyunlarının kamandan oxatma idman növü üzrə yarışları həmin stadionda təşkil olunmuşdur. Hazırda tikinti-quraşdırma işlərinin qalıq hissəsi icra edilməkdədir və növbəti ilin 1-ci yarısında başa çatdırılması nəzərdə tutulur",- deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...