Xankəndi, Ağdərə və Xocalıda 21 689 hektar ərazi minalardan təmizlənib
"Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında minatəmizləmə və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətləri ən çətin proseslərdən biri idi".
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, eləcə də Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov World Urban Forum 13 çərçivəsində keçirilən "Postmünaqişə dövründə şəhərsalma planlaması: itirilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin qurulması" adlı tədbirdə bildirib.
O həmçinin qeyd edib ki, Xankəndidə 1456 hektar, Ağdərədə 10 min 359, Xocalıda isə 9874 hektar ərazi minalardan və partlamamış sursatlardan təmizlənib.
Oxşar xəbərlər
Şuşada 3 mindən çox insan yeni komplekslərə köçürüləcək - RƏSMİ
"Şuşada yeni yaşayış komplekslərinin tikintisi sürətlə gedir. Üçmərtəbəli binalar inşa olunur və planlaşdırılır ki, təxminən 800-900 ailə üçün mənzillər hazır o...