Xalq artistinin polkovnik oğlu işdən çıxarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti, “Şöhrət” ordenli mərhum Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev Gömrük Komitəsindəki vəzifəsindən kənarlaşdırılıb.
Bakupost.az xəbər verir ki, o, işdə yol verdiyi nöqsana görə əvvəlcə töhmət alıb, sonra isə pensiyaya göndərilib. Gömrük polkovniki rütbəsini daşıyan Xoşbəxt Abdullayev uzun müddət Gömrük Komitəsinin baş inspektoru vəzifəsində çalışıb.
Qeyd edək ki, X.Abdullayev 1990-cı illərdə müğənni kimi tanınıb. Həmin dövrdə bir neçə məşhur mahnının müəllifi olub. Sonradan səhnədən uzaqlaşaraq, gömrük sistemində işə başlayıb.
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslər vaxtından əvvəl pensiyaya çıxacaq – YENİ SİYAHI
Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda dəyişiklika e...