Xaçmazda selin viran qoyduğu evlərin aqibəti necə oldu?
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər şimal bölgəsində yağan aramsız yağışlar Xaçmaz rayonundasel və daşqınlara səbəb olub. Nəticədə 1 022 evdə subasma hadisəsi qeydə alınıb.
Baku TV-nin xəbərinə görə, Samurçay qəsəbəsində sel suları yolu tamamilə yuyaraq kəndlə əlaqəni kəsib, iki elektrik dirəyi isə sıradan çıxıb.
Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dərhal operativ tədbirlər görülüb, zərərçəkmiş ərazilərə baxış keçirilib:
"37 nəfər təhlükəsiz əraziyə təxliyə edilərək müvəqqəti yaşayış yerləri ilə təmin olunub. Qısa müddətdə aidiyyəti qurumlar tərəfindən infrastruktur qismən bərpa edilib. Həmçinin 18 evin tikintisi üçün dövlət tərəfindən vəsait ayrılıb, yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq. Ərazilərdə bərpa və quruculuq işlərinin ilboyu davam etdirilməsi nəzərdə tutulur".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...