"WhatsApp"da növbəti YENİLİK - FOTO

WhatsAppda növbəti YENİLİK - FOTO
Sosial 4

"WhatsApp" mesencerində yeni funksiya istifadəyə verilib.

BAKU.WS-in xarici mətbuata istinadən məlumatına görə, istifadəçilər səhv etdikləri və ya fikirlərini dəyişdikdə göndərilmiş mesajlarını redaktə edə biləcəklər.

Yeniliyi istifadə etmək üçün istifadəçilər göndərilən mesajın üzərinə basaraq "Edit" bölməsini seçməlidir.

Redaktə edilmiş mesajların yanında "redaktə edilmiş" yazısı görünəcək, beləliklə, mesajlaşdığınız şəxslər redaktə tarixçəsini görmədən düzəlişdən xəbərdar olacaqlar.

Bütün şəxsi mesajlarda, mediada və zənglərdə olduğu kimi, mesajlar və edilən redaktələr şifrələmə ilə qorunacaq.

Funksiya yaxın həftələrdə hər kəs üçün əlçatan olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər