"WhatsApp" yeniliklərə davam edir: Bundan sonra istifadəçilər...
Yeniliklərdən dərhal xəbərdar olun
"WhatsApp" messenceri istifadəçilərə naməlum nömrələrdən gələn zənglərə qarşı yeni təhlükəsizlik funksiyaları əlavə edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu dəfəki yenilik istifadəçilərin məxfiliyini və təhlükəsizliyini daha da gücləndirərək naməlum nömrələrdən gələn zəngləri bloklamaq imkanı verir.
İstifadəçilər naməlum nömrələrdən gələn zəngləri avtomatik bloklaya və ya yalnız kontakt siyahısındakı nömrələrdən zəngləri qəbul edə biləcəklər.
Funksiya avtomatik olaraq spamları, həmçinin fırıldaqçılardan və yad adamlardan gələn zəngləri filtrasiyadan keçirəcək.
Səsin söndürülməsinə baxmayaraq, "Zənglər" bölməsində onların arasında vaciblərin olub-olmadığını görmək mümkün olacaq.
Oxşar xəbərlər
"WhatsApp"da yeni funksiya: Bundan sonra istifadəçilərə...
"WhatsApp"da yeni funksiya tətbiq ediləcək. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə messencerin rəsmi bloqunda bildirilib. Bundan sonra hesa...