WhatsApp-dan istifadəçilərini sevindirəcək YENİLİK
"WhatsApp" messenceri foto və videoların avtomatik yüklənməsi zamanı istifadəçilərə fayl keyfiyyətini seçmək imkanı verən yeni funksiya təqdim edib.
BAKU.WS xəbər verir ki, bu barədə "GSMArena" nəşri yazıb.
Yeni xüsusiyyət messencerin "Saxlama və məlumat" bölməsində yerləşən "Media yükləmə keyfiyyəti" seçimi altında aktivləşdirilə bilər.
İstifadəçilərə iki seçim təklif olunur:
"Standart keyfiyyət" – media fayllarını sıxılmış şəkildə saxlayır, daha az yer tutur,
"HD keyfiyyət" – şəkil və videoların yüksək təsvir imkanlarını qoruyur.
Hazırda bu funksiya sınaq mərhələsindədir və yalnız Android əməliyyat sistemli cihazlarda WhatsApp-ın beta versiyasını istifadə edənlər üçün aktivdir. Yaxın zamanda daha geniş istifadəçi qruplarına təqdim olunacağı gözlənilir.
Oxşar xəbərlər
Bina sakinləri ayağa qalxdılar: Qurumdan şikayətlərlə bağlı nə deyildi?
Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 44A ünvanında yaşayan sakinlər binanın zirzəmisində çalışan zərgərlərin fəaliyyətindən narazıdırlar. Onların sözlərinə gö...