Vüsal Hüseynov: WUF13-ün Bakıda keçirilməsi ölkəmizin uğurlu diplomatik fəaliyyətinin göstəricisidir
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, uğurlu diplomatik fəaliyyətinin və qlobal inkişaf gündəliyinə verdiyi töhfələrin göstəricisi kimi dəyərləndirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, forum çərçivəsində əsas diqqətçəkən istiqamətlərdən biri "miqrasiya və şəhərlər" mövzusudur:
"Bu istiqamətdə keçirilən yüksəksəviyyəli tədbirdə bildirilib ki, bugünkü müzakirələr iki həftə əvvəl BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilmiş Beynəlxalq Miqrasiya İcmalı Forumunun davamı xarakteri daşıyır".
DMX rəisi əlavə edib ki, dünyada miqrasiya prosesləri sürətlə artır. 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...