Vüqar Süleymanov: Azərbaycan dünyanın mina və partlayıcı sursatlarla ən çox çirklənmiş ölkələrindən biridir

Vüqar Süleymanov: Azərbaycan dünyanın mina və partlayıcı sursatlarla ən çox çirklənmiş ölkələrindən biridir
Sosial 21

Azərbaycan bu gün dünyanın mina və digər partlayıcı sursatlarla ən çox çirklənmiş ölkələrindən biridir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ANAMA sədri Vüqar Süleymanov qurumun yaranmasının 28-ci ildönümü ilə əlaqədar brifinqdə deyib.

O qeyd edib ki, mina problemi Böyük Qayıdış Proqramının icrası üçün ciddi təhlükə yaratmaqda davam edir:

"Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilər mürəkkəb relyefə və sıx bitki örtüyünə malikdir, bu kimi çətin keçilən sahələrdə fəaliyyət humanitar minatəmizləmə əməliyyatlarını daha da mürəkkəbləşdirən əsas amillərdəndir. Ölkəmizin üzləşdiyi mina təhlükəsi insanların həyat və sağlamlığı, ətraf mühit, bərpa işləri, eləcə də Böyük Qayıdış Proqramının icrası üçün ciddi təhlükə yaratmaqda davam edir".

Onun sözlərinə görə, mina təhlükəsi təkcə təhlükəsizlik məsələsi deyil:

" Bu, humanitar, sosial, iqtisadi və ekoloji inkişafın qarşısında duran əsas maneələrdən biridir. Hər bir təmizlənmiş torpaq sahəsi yeni yaşayış məntəqələrinin salınmasına, yolların, məktəblərin, xəstəxanaların, enerji və su infrastrukturunun tikintisinə, kənd təsərrüfatının inkişafına və insanların doğma yurdlarına təhlükəsiz qayıdışına xidmət edir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər