Vüqar Qurbanov Yardımlı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Yardımlı Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru vəzifəsinə təyinat olub.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.
Müvafiq əmrlə Ravil Həbib oğlu Qənbərov Yardımlı RMX-nin direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bu ilin mart ayında Yardımlı RMX-nin direktoru Rasim Əkbərov vəzifəsindən azad olunub, yerinə müvəqqəti olaraq Ravil Qənbərov gətirilib. Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin rəhbəri olub.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...