Vüqar Behbudov: "Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hamısı avtomobillə təmin edilib"
2024-cü ildə növbədə olan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hamısı avtomobillə təmin edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib.
Onun sözlərinə görə, hazırda avtomobillə bağlı növbədə olan yoxdur: "Gələcəkdə müraciətlər daxil olarsa, onlar qiymətləndirilib təmin ediləcək".
Sədr əlavə edib ki, post-müharibə dövründə 567 müharibə ilə əlaqədar əlilliyi olan şəxsə avtomobil verilib. Ümumilikdə isə bu günədək 7 800 imtiyazlı şəxs avtomobillə təmin olunub.
V.Behbudov həmçinin bildirib ki, post-müharibə dövründə 6 800 şəhid ailəsi və qaziyə mənzil və fərdi evlər verilib. Ümumilikdə isə bu günədək 16 mindən çox şəxs mənzillə təmin edilib.
Onun sözlərinə görə, ötən il 1 311 imtiyazlı şəxs kurort və sanatoriyalara göndərilib. Onların arasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları da olub.
Oxşar xəbərlər
Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?
Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. BAKU.WS xəbər verir ki, bu...