Vüqar Bayramovdan TƏKLİF - Pensiya yaşına iki il qalmış vətəndaş işdən çıxarılmasın
"Pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması da mühümdür. Belə ki, bəzi vətəndaşlarımız pensiya yaşına az qalmış işdən azad olunurlar və daha sonra işlə təminatda çətinlik ilə üzləşirlər".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir:
"Belə praktiki bir sıra digər dövlətlərdə də tətbiq olunur. O baxımdan daha məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin. Bu onların sosial hüquqların qorunması baxımdan vacibdir".
Oxşar xəbərlər
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, sent...