"Vopşe", "tak çto", "znaçit" sözlərini lüğətimizə daxil etməliyik - Nizami Cəfərov

Biz gərək dilimizdə, xüsusən də danışıqda təsadüfən işlədilən rus sözlərini də, məsələn "vopşe", "tak çto", "znaçit" kimi sözləri də dilimizin lüğətinə daxil edək.
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov "Teleqraf" açıqlamasında deyib.
O qeyd edib ki, bu sözlər artıq bizim leksikonumuzda var.
"Eyni zamanda mətbuatı vərəqləyib görsək ki, orada hələ də yayğın olmayan bir ingilis, fransız, ərəb, indoneziya, hind sözü varsa, onu da lüğətə daxil edə bilərik. Məhz bu cür dildə sözlərin sayını artırmaq olur. Bir var əsas lüğət fondu, dilin lüğət tərkibi, bir də var ki, dilin lüğət tərkibində ehtimal olunan biləcək söz yaradıcılığı prosesləri. Çünki biz hər gün söz yarada bilirik. "Dəmirçi" sözü varsa, sabah "taxtaçı" sözü də ola bilər. Yəni, bu potensialı da nəzərə almaq lazımdır".
Oxşar xəbərlər
Bankda həmkarına zamin duran Xalq artisti: "Bir də o səhvi etmərəm!"
Xalq artisti Faiq Ağayev açıqlaması ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, sənətçi qonaq olduğu "Full şou" verilişində bankdan heç vaxt kredit götürmədiyin...
