Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 7-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 215 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 16 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Qalereya
Oxşar xəbərlər
Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı
2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu əvvəlki...