Vilayət Eyvazov Lənkəranda vətəndaş qəbulu və sıra baxışı keçirib

Vilayət Eyvazov Lənkəranda vətəndaş qəbulu və sıra baxışı keçirib
Foto
Sosial 163

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 7-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə BAKU.WS-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, naLənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarından qəbula gələn 352 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Vətən müharibəsinin 24 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 237 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Oxşar xəbərlər

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Daha bir YENİLİK OLACAQ

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Daha bir YENİLİK OLACAQ

Metroda eskalatorların fasiləsiz işləməsi üçün həm texniki baxışların vaxtında aparılması, həm də avadanlığın yenilənməsi vacibdir. BAKU.WS xəbər verir ki, mütə...

401 Sosial 20:38 09 sentyabr 2025

Son xəbərlər