Vilayət Eyvazov "Bandotdel"ə yeni şöbə rəisi təyin etdi
24
sen
2020
12:57
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni təyinat olub.
BAKU.WS Unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Ağayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dini ekstremizm şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, daha öncə Şəki Şəhər Rayon Polis Şöbəsinin və Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Ceyhun Bayramovdan yeni TƏYİNAT
Lənkəran Şəhər Təhsil Şöbəsində kadr dəyişikliyi olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. Əmr...