VII sinif şagirdi məktəbdə özünə xəsarət yetirdi – SƏBƏB
Bakıda yerləşən 145 nömrəli tam orta məktəbdə VII sinifdə oxuyan qız şagirdin özünə xəsarət yetirməsi hadisəsi baş verib.
BAKU.WS apa tv-yə istinadən xəbər verir ki, hadisə aprelin 23-də qeydə alınıb. Yeniyetmə məktəbin sanitar qovşağında kəsici alətdən istifadə edərək özünə xəsarətlər yetirib. Hadisəni görən sinif yoldaşları dərhal müəllim və məktəb rəhbərliyinə məlumat veriblər.
Məktəb administrasiyasının açıqlamasına əsasən, şagirdə operativ şəkildə ilkin tibbi yardım göstərilib, daha sonra təcili tibbi yardım xidməti çağırılıb və valideyn məlumatlandırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.
İlkin məlumatlara görə, yeniyetmə bu addımı sinif yoldaşlarının onu videoya çəkib sosial şəbəkələrdə paylaşacaqları ilə bağlı təhdidlərdən sonra atıb.
Oxşar xəbərlər
Füzulidə körpələr evi-uşaq bağçasının açılışı olub
Azərbaycanın işğaldan azad edilmiş və yenidən qurulan Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub. BAKU.WS "Report"a istinadən xəbər ve...