Vətəndaşların tibbi məlumatlara çıxışı daha sürətli olacaq - İTS açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə sistemində rəqəmsal xidmətlərin genişləndirilməsi qurumun əsas prioritetləri sırasında yer alır.
Bunu BAKU.WS-ə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova bildirib.
Məlumata görə, artıq dövlət tibb müəssisələrində informasiya-kommunikasiya infrastrukturu qurulub və vətəndaşlar diaqnozlar, laborator müayinələrin nəticələri və digər tibbi məlumatlara onlayn şəkildə çıxış əldə edə bilirlər. Xəstəlik tarixçəsi və epikriz məlumatlarının "myGov" portalına inteqrasiyası tibbi məlumatlara çıxış imkanlarını daha da genişləndirib.
Agentlikdən bildirilib ki, vətəndaşlar şəxsi kabinet vasitəsilə icbari tibbi sığorta haqları, göndəriş məlumatları və aldıqları tibbi xidmətlərlə bağlı informasiyaları elektron formada əldə edə bilirlər. Bununla yanaşı, sağlamlıq arayışı və digər tibbi sənədlərin də elektron şəkildə təqdim olunması mümkün olub.
Qurum yaxın illərdə rəqəmsal xidmətlərin daha da genişləndirilməsini, proseslərin avtomatlaşdırılmasını və vətəndaşların tibbi məlumatlara çıxışını daha sürətli və əlçatan etməyi planlaşdırır.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...