Vətəndaşlarımız ən çox xaricdə bu şəhərlərdə istirahət edirlər - QİYMƏTLƏR
Yeni ilin yaxınlaşması ilə səyahət sektoru ən hərəkətli dövrünə qədəm qoyur.
BAKU.WS-in məlumatına görə, insanlar ilin yorğunluğunu atmaq, fərqli mühitdə bayram abu-havası yaşamaq və yaxınları ilə birlikdə unudulmaz istirahət keçirmək üçün müxtəlif ölkələrə üz tutmağa hazırlaşırlar.
Artan tələbat isə həm istiqamət seçimlərinə, həm də qiymət dinamikasına birbaşa təsir edir və bayram günlərində səyahət bazarını daha da canlandırır.
Maraqlıdır ki, əhali ən çox istirahət üçün Yeni ildə hansı ölkələrə üz tuta bilər və burada qiymətlər necə dəyişir?
Turizm eksperti Ceyhun Aşurov BAKU.WS-ə bildirib ki, Azərbaycandakı otellərin qiymətinə ölkə xaricində də istirahət etmək olar:
"Ölkə xaricində əsasən şəhər turları olur. Səhər yeməyi daxil dörd gecə (beş günlük) turlar zamanı təyyarə bileti ilə birgə 500-1000 dollar (850-1700 AZN) xərc tələb olunur.
Azərbaycandan xaricə üz tutanlar əsasən Tbilisi, İstanbul, Dubay və Doha turlarını seçirlər. Son zamanlar bu şəhərlərə səfər edənlərin sayı çoxalıb. Buna paralel olaraq bir həftəlik Misir turları da 1000 dollara təklif edilir. İnsanlar öz planlarına, proqramlarına və zövqlərinə görə istər ölkə daxilində, istər ölkə xaricində də səyahətlər edərək istirahətlərini təşkil edirlər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarə...