Vətən müharibəsindən qayıdan şəxslərin 1 700-dən çox müraciətinə baxılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən 5 gün ərzində 1550 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 193 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsindən qayıdanların qəbulu və müraciətlərinə baxılması davam edir - VİDEO
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə nazirin...