Vətən müharibəsində şəhid olan Zaqatala sakini dəfn edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsində şəhid olan Zaqatala sakini dəfn edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Yuxarı Çardaxlar kənd sakini, 1994-cü il təvəllüdlü Ramazanov Vüsal Vahid oğlu Vətən müharibəsinə könüllü yollanıb.
V.Ramazanov sonuncu dəfə oktyabrın 27-də ailəsi ilə telefon əlaqəsi yaradıb. Həmin tarixdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb və itkin kimi qeydiyyata alınıb. Təxminən iki aydan sonra V.Ramazanovun meyiti tapılıb. Onun Xocavəndin “Qırmızı Bazar” qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu məlum olub.
Şəhidin cənazəsi bu gün Zaqatalaya aparılaraq doğulduğu kənddə torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
26 ildən sonra kimliyi müəyyənləşən şəhidin nəşi Yevlaxa gətirilib – VİDEO - YENİLƏNİB
İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılaraq Yevlax rayonuna gətirilib. BAKU.WS "report"a istinadən xəb...