Vətən müharibəsi şəhidlərimizin anım mərasimi keçirildi - FOTO/ VİDEO

Vətən müharibəsi şəhidlərimizin anım mərasimi keçirildi - FOTO/ VİDEO
Foto Video
Sosial 64

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidləri kapitan Əsəd Həsənovun və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fərid İlyasovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə hər iki şəhidin qısa, lakin hər bir gəncə örnək olacaq həyat və döyüş yollarından bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan qələbədə göstərilən qəhrəmanlıqlardan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində şəhidlərimizin intiqamının döyüş meydanlarında alındığından danışıblar.

Şəhid ataları Fərhad Həsənov və İbad İlyasov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildiriblər.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqi nömrələri təqdim edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib - VİDEO

Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib - VİDEO

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsəd...

49 Sosial 11:41 24 oktyabr 2021

Son xəbərlər