Vaxtında dəyişməsəniz mühərrik dağıla bilər: QRM-in gizli təhlükəsi
Qazpaylayıcı mexanizm (QRM) mühərrikdə klapanların düzgün vaxtda açılıb-bağlanmasını təmin edir. O, krank mili ilə paylayıcı mili bir-birinə bağlayır və bu sinxronluq pozularsa, mühərrik ciddi zədələnə bilər.
BAKU.WS xəbər verir ki, müasir avtomobillərdə QRM ötürücüsü iki cür olur: dişli rezin kəmər və ya metal zəncir. Kəmər daha səssiz işləyir və dəyişdirilməsi nisbətən ucuzdur, lakin müəyyən yürüşdən sonra mütləq yenilənməlidir. Zəncir isə daha davamlı sayılsa da, "ömürlük" deyil - zamanla uzanır və dəyişdirilməzsə, eyni riskləri yaradır.
Kəmər qırıldıqda və ya zəncir diş atarsa, porşen açıq vəziyyətdə qalan klapanla toqquşa bilər. Bu isə klapanların əyilməsi, silindr başlığının zədələnməsi və bahalı mühərrik təmirinə səbəb olur.
Mütəxəssislər kəmərin adətən 60–120 min kilometr aralığında, zəncirin isə təxminən 120–150 min kilometrdən sonra yoxlanılmasını və zərurət olduqda dəyişdirilməsini tövsiyə edirlər. Profilaktik dəyişiklik vaxtında aparılmazsa, qənaət böyük xərclə nəticələnə bilər.
Oxşar xəbərlər
Ən dəyişkən xarakterli bürclər açıqlandı
Astroloqların fikrincə, bəzi bürclər emosional və davranış baxımından daha dəyişkən olurlar. Onlar bir gün enerjili və pozitiv, digər gün isə qapalı və soyuq gö...