Vasif Talıbovun şirkəti əlindən alındı
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq”in adı dəyişdirilib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, artıq şirkət bu gündən “Arkoz Holdinq” adını daşıyacaq.
Faktı şirkətdən təsdiqləyiblər.
Eyni zamanda, “Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.
Qeyd edək ki, “Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq"in prezidenti olub.
Oxşar xəbərlər
Vasif Talıbovun biznesi çökür - Şirkətləri ard-arda məhkəməyə verilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov istefa verdikdən sonra nəzarətində olan şirkətlərin də çöküşü başlayıb. BAKU.WS qaynarinf...