Vadim Vasilyev ictimaiyyətdən yardım istəməsinin səbəbini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev sosial şəbəkə hesabından ictimaiyyətdən yardım istəməsinə aydınlıq gətirib.
BAKU.WS xəbər verir ki, 51 yaşlı hücumçu bu barədə “Report”a açıqlama verib.
O, müalicəsinin davamı üçün bu addımı atdığını bildirib. “Hara gedirsənsə, pul lazımdır. Fizioterapiya qalıb. Xəstəxanaya getməliyəm”.
Keçmiş forvard müraciətindən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və hansısa klubun onunla əlaqə saxlamadığını söyləyib:
“Sadəcə, ictimaiyyətdən müalicəmin davamı üçün kömək istəyirəm. Səhhətim hələlik normaldır. Gəzirəm, hərəkətlər edirəm”.
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub. O, daha əvvəl insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.
Oxşar xəbərlər
Yoqa, pilates və fitneslə məşğul olanlara XƏBƏRDARLIQ
Yoqa, pilates və fitnes proqramlarında təcrübəsiz insanlar üçün tövsiyə olunmayan hərəkətlər var. Təəssüflər olsun ki, əksər hallarda insanlar yalnız kəskin ağr...