Uzunömürlü Şirəli babanın nəvəsi: "Qardaş-bacıları da 110-120 ildən çox yaşayıblar"
"Kəndinə qayıt" verilişinin yeni buraxılışında Lerik rayonunun Barzavu kəndinə səyahət edilib.
Tarixi mənbələrdə kəndin adı ilk dəfə 1917-ci ildə "Borzava" kimi qeyd olunub. Barzavu kəndi uzunömürlülüyü ilə xüsusilə seçilir.
Kəndin ən uzunömürlü sakini kimi tanınan Şirəli baba 1805-ci ildə məhz burada doğulub. O, üç dəfə ailə qurub, 23 övladı olub və 1973-cü ildə elə bu kənddə vəfat edib. Veriliş zamanı Şirəli babanın ömrünün son illərini yaşadığı evə də baş çəkilib, onun nəvələri ilə söhbət edilib. Şirəli babanın nəvəsi Elxan Qənbərov bildirib ki, ailədə uzunömürlülük nəsildən-nəslə ötürülüb:
"Şirəli babanın qardaş-bacıları da uzun ömür sürüblər. Hamısı 110-120 ildən artıq yaşayıb. Böyük bacısı o qədər qocalmışdı ki, artıq heç kimi tanımırdı".
Kənd sakini Gündüz Rəcəbova isə Şirəli babanı belə xatırlayıb: "Şirəli Müslümov mənim doğma dayımdır. O, doğrudan da, 168 il yaşayıb. Mən bu kəndə 1973-cü ildə gəlin köçdüm, gələndən cəmi iki ay sonra Şirəli Müslümov dünyasını dəyişdi".
Qeyd olunub ki, son illərdə Barzavuda uzunömürlülərin yaşı əvvəlki illərlə müqayisədə azalıb. Hazırda kəndin ən yaşlı sakini Qəribnaz nənədir və onun 100 yaşı var.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bu tarixdə Amnistiya aktının icrasına başlanılır
Dekabrın 22-dən Amnistiya aktının icrasına başlanılır. BAKU.WS xəbər verir ki, cəzaçəkmə müəssisələrindən rəsmi şəxslərin, vətəndaş cəmiyyətinin və media nümayə...