Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən müəllimlərə yeni hüquq verilir
Yeniliklərdən dərhal xəbərdar olun
Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məktəbə qədər təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bundan əlavə, təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
Oxşar xəbərlər
37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verilib
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş V...