ÜST peyvəndin təsirsiz olacağı daha təhlükəli COVID-19 ştammı barədə xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus mövcud peyvəndlərin təsirsiz olacağı yeni, daha təhlükəli COVID-19 ştammı barədə xəbərdarlıq edib.
“Hazırda SARS-CoV-2 virusunun yeni, daha virulent ştammının yaranması üçün real təhlükə var və o, mövcud vaksinlərin təsirindən yayına biləcək”, - deyə təşkilat rəhbəri bildirib.
O, ÜST-ün bəzi regionlardakı tendensiyalardan narahatlığını çatdırıb və qeyd edib ki, Afrika və Qərbi Sakit Okean regionunda ölüm hallarının sayı artmaqdadır.
“Pandemiyanın bitdiyini söyləmək hələ tezdir. O bitməyib”, - deyə Gebreyesus vurğulayıb.
Təşkilat rəhbəri virusun necə təkamül edəcəyini proqnozlaşdırmağın çox çətin olduğunu qeyd edib.
Oxşar xəbərlər
ÜST koronavirusun daha təhlükəli ştamının yarana biləcəyini istisna etmir
"Mövcud vaksinlərin gücsüz olduğu koronavirusun yeni, daha təhlükəli ştamının yaranma ehtimalı kifayət qədər realdır". “Report” TASS-a istinadən xəbər verir ki,...