ÜST koronavirusun mənşəyi ilə bağlı suala cavab verib
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan qeyd edib ki, yeni növ koronavirusun haradan gəldiyini hələ də bilmir.
BAKU.WS “report”a istinadən xəbər verir ki, o, bu barədə açıqlamasında bunları deyib:
"Virusun mənşəyini bilmək bizim üçün vacibdir, lakin bu, müstəsna əhəmiyyət kəsb etmir. Amma canlı səddin yenidən dağılacağı risklərini azaltmaq istəyiriksə, bu divarın harada dağıldığını bilməliyik. Və hazırda bunun necə baş verdiyini bilmirik”.
Onun sözlərinə görə, virusun mənşəyinin öyrənilməsi üzərində iş davam edir, lakin bu, uzun müddət çəkə bilər, buna görə də tez nəticə gözləmək lazım deyil.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxşar xəbərlər
ÜST-dən koronavirus əleyhinə peyvəndlə bağlı AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab etmir ki, koronavirus əleyhinə peyvənd məcburi olmalıdır. BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə təşkilatı...