ÜST-dən koronavirusla bağlı həyəcan təbili: "Fevraladək..."
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropanın 53 ölkəsindəki mövcud yoluxma sürəti narahatlıq doğurur”.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Kluge deyib.
Onun sözlərinə görə, "Delta" ştamı ilə əlaqədər olaraq Avropadakı vəziyyət yenidən bir il əvvəlki kimidir: “Məni 7 ölkənin məhdudiyyətləri yumşaltmaları narahat edir. COVID-19-un artmasına reaksiya göstərmək əvəzinə, əvvəldən xəstəliyin yayılmasının qarşısını almalıyıq”.
ÜST-nin hesablamalarına görə, Avropada yoluxma bu templə davam edəcəyi təqdirdə gələn il fevralın 1-dək yarım milyon insanın COVID-19-dan ölə bilər.
Oxşar xəbərlər
Karantin rejimi geri qayıdır: Dünyada yeni rekord qeydə alındı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son statistikaları müxtəlif ölkələrdə koronavirusla bağlı yenidən həyəcan təbili çalmağa səbəb olub. BAKU.WS xəbər verir ki...