Uşaqların uzaq məsafədə yerləşən məktəblərə qoyulmasının FƏSADLARI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Valideynlərin bir çoxu övladını müxtəlif səbəblərdən yaşadığı ünvandan uzaqda yerləşən məktəbə qoyur.
Bəs uşağın uzaq məsafədə yerləşən məktəbə qoyulması nə dərəcədə düzgündür?
Pediatr Aytən Ziyadova ağır dərs proqramı ilə yanaşı, hər gün uzaq yol qət etməyin uşağı fiziki olaraq yorduğunu bildirib:
"Bu da onların gündəlik dərslərinə və icra funksiyalarına mənfi təsir göstərə bilər. Uşaqlar ən azı 7-8 saat yuxuda vaxt keçirməlidirlər. Bu, onların akademik fəaliyyətinə, boy inkişafına təsir göstərən əsas faktorlardan biridir".
Psixoloq Gülər Məmmədova isə qeyd edib ki, bu cür uşaqların sinir sistemində problem olur:
"Hər səhər, günorta yaşadıqları nəqliyyat problemi, uzaq məsafə onların sinir sisteminin sağlam inkişafına maneə törədir. Uşaqların zehni fəaliyyətinə, mənimsəmə qabiliyyətinə təsir edir".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
“Ali məktəblərə qəbul imtahanı ləğv edilməlidir” – Sabiq təhsil naziri
“Valideynlər dəb olduğu üçün uşaqlarını oxudurlar” “Xaricdə təhsil almağa gedənləri qınamaq lazım deyil. Çünki həmin universitetlər mütəxəssis yetişdirirlər”. B...