Uşaq sahibi olmaq üçün xəstəxanaya getdi, həyatının şokunu yaşadı - 16 il əvvəl...
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Dənizli vilayətində yaşayan azərbaycanlı qadın xəstəxanada rentgen müayinəsi zamanı həyatının şokunu yaşayıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı S.Ş. uşaq sahibi olmaq üçün üz tutduğu xəstəxanadan tikiş iynəsiylə yaşadığını öyrənib.
Cərrahiyyə əməliyyatı ilə qadının sidik kisəsinə yapışmış iynə xaric edilib. Həkim iynənin həyati orqanları zədələmədiyini bildirib.
S.Ş. iynəni 16 il əvvəl udduğunu söyləyib:
"22 yaşımda bilmədən iynə uddum. Tez xəstəxanaya getdik. Mənə həkimlərin çoxlu kartof yeyəcəyim təqdirdə iynənin özünün çıxacağını dedilər. Bir müddət sonra yenidən xəstəxanaya getdim. Həkimlər iynənin bədənimdən çıxdığını dedilər. Mən də həyatıma davam etdim. Ancaq qarnım tez-tez bərk sancırdı".
Oxşar xəbərlər
Azərbaycanda qadın yol polisi postunda uşaq dünyaya gətirdi - VİDEO
Ötən gün saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağım...