Uşaqları öpərkən diqqətli olun, TƏHLÜKƏLİ VİRUS yoluxa bilər - XƏBƏRDARLIQ
Uşaqları öpərkən diqqətli olmaq lazımdır.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, həkim-infeksionist Mərdan Əliyevin sözlərinə görə, immun sistemi güclü olan böyüklərdəki hər hansı gizli infeksiya, immun sistemi zəif olan uşaqları öpən zaman qalıcı fəsadlar yarada bilər.
Həkimin sözlərinə görə, hətta bu cür yoluxan Epsteyn-Barr virusu var ki, buna "öpüş" xəstəliyi də deyirlər.
Bu, uşaqlarda qızdırma, halsızlıq, boğaz ağrısı, limfa düyünlərinin böyüməsi ilə müşayiət olunan xəstəlikdir, ağız suyu ilə yoluxur.
Həkim bildirib ki, böyüklərdə bəzən gizli şəkildə təzahür edə bilən və sağalan bu xəstəliklər, uşaqlar üçün çox böyük təhlükə yarada bilər. Odur ki, diqqətli olmaq vacibdir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bayram günləri qidalanmada yol verilən səhvlər - Diyetoloq nələri açıqladı?
Yeni il tətilindən sonra əksər insanlar çəki almalarından şikayətlənirlər. Bayram günlərində ən çox yol verdiyimiz səhvlərdən biri həddindən artıq yeməkdir. Or...