Uşaqlarda yaz allergiyasına qarşı qalıcı HƏLL: peyvənd müalicəsi
Türkiyədə mütəxəssislər yaz aylarında artan tozlanmanın uşaqlarda allergik xəstəlikləri artırdığı barədə xəbərdarlıq edib və uzunmüddətli həll kimi "allergiya peyvəndi"nin (immunoterapiya) effektiv ola biləcəyini bildiriblər.
BAKU.WS xəbər verir ki, Ankara Bilkent Şəhər Xəstəxanası Uşaq Allergiya və İmmunologiya mütəxəssisi Prof. Dr. Zülfikar Akelma bildirib ki, yaz mövsümündə tozlanmanın artması xüsusilə uşaqlarda allergik rinit və digər tənəffüs problemlərini gücləndirir.
Həkimin sözlərinə görə, yaz allergiyası ilə soyuqdəymə tez-tez qarışdırılır. Lakin allergiyada əlamətlər daha uzun çəkir və hər il eyni dövrdə təkrarlanır.
Akelma qeyd edib ki, uşaqlarda ən çox burun axması, asqırma, gözlərdə qızartı və qaşınma müşahidə olunur. Bu vəziyyət yuxu pozuntusu, yorğunluq və məktəb performansında azalma ilə də nəticələnə bilər.
Mütəxəssis vurğulayıb ki, allergik rinit sadə xəstəlik deyil və həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər.
Həkim əlavə edib ki, 5 yaşdan yuxarı uşaqlarda tətbiq edilən allergiya peyvəndi 3–5 il davam edən müalicədir və orqanizmin allergenlərə qarşı tolerantlığını artırır.
Onun sözlərinə görə, bu müalicə bəzi xəstələrdə şikayətləri azaldır, dərman ehtiyacını minimuma endirir və gələcəkdə astma riskini də azalda bilər.
Oxşar xəbərlər
Uşaqların tənbəl olması niyə faydalı sayılır?
Mütəxəssislər bildirir ki, uşaqların heç nə etmədiyi, "darıxdığı" və ya sadəcə boş vaxt keçirdiyi anlar əslində beyin inkişafı üçün vacib mərhələdir. BAKU.WS xə...