Uşaqlarda ən çox rast gəlinən xəstəliklə bağlı həkimdən XƏBƏRDARLIQ

Uşaqlarda ən çox rast gəlinən xəstəliklə bağlı həkimdən XƏBƏRDARLIQ
Sosial 48

"Sağlam insanda haymor boşluqları hava ilə dolu olur. Lakin iltihab prosesi zamanı bu boşluqlarda patoloji maye toplanır".

BAKU.WS-in məlumtına görə, bunu tibb elmləri namizədi, həkim Lyubov Malqina bildirib

Onun sözlərinə görə, haymoritin əsas əlamətlərinə bir həftədən çox davam edən burun axması, yanaqlar və ya dişlər nahiyəsinə yayılan baş ağrısı, hərarətin yüksəlməsi, ümumi halsızlıq və bədəndə ağrılar daxildir:

"Bu cür simptomlar, xüsusilə uşaqlarda müşahidə edildikdə, mümkün qədər tez lor-həkimə müraciət etmək lazımdır. Diaqnozu dəqiqləşdirmək üçün mütəxəssis xəstəni rentgen müayinəsinə və ya kompüter tomoqrafiyasına göndərə bilər. Müayinənin nəticələrinə əsasən müalicə sxemi seçilir".

Həkim xüsusi vurğulayıb ki, müasir tibb haymor boşluqlarının isidilməsini qətiyyən tövsiyə etmir. İsti kompreslərdən, duz torbalarından və ya buxar inhalyasiyalarından istifadə iltihabı gücləndirə və ağırlaşmalara səbəb ola bilər:

"Konservativ müalicəyə damar daraldan burun damcıları daxildir, lakin asılılıq riski səbəbindən onları beş gündən artıq istifadə etmək olmaz. Alternativ olaraq antiseptik təsirə malik, tərkibində bitki komponentləri olan inhalyasiya qələmlərindən istifadə edilə bilər.

Burunu duzlu məhlullarla - fizioloji və ya hipertonik məhlullarla - mütəmadi yuyulmasını tövsiyə edirəm. Bu proseduru gündə üç dəfəyə qədər, güclü tutulma zamanı isə daha tez-tez etmək olar. Yuxu zamanı nəfəs almağı asanlaşdırmaq və seliyin axımını yaxşılaşdırmaq üçün xəstəyə bədənin yuxarı hissəsini bir qədər qaldırmaq, döşəyin altına yastıq qoymaq məsləhət görülür. Dərman müalicəsi effekt vermədikdə isə cərrahi müdaxilə, o cümlədən haymor boşluqlarının punksiyası tələb oluna bilər".

Son xəbərlər