Uşaqlar sosial şəbəkələrdə insan alverinin qurbanına çevrilə bilər - XƏBƏRDARLIQ
Uşaqlar sosial şəbəkələrdə insan alverinin qurbanına çevrilə bilərlər.
BAKU.WS xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov deyib.
O bildirib ki, Azərbaycanda uşaqların 75 faizi gündəlik olaraq internetdən istifadə edir. Aparılan sorğuya əsasən, respondentlərin 67 faizi valideynlərinin internetlə bağlı onlara heç bir məhdudiyyət qoymadığını bildirib. Elgün Səfərovun sözlərinə görə, uşaqların 45 faizdən çoxu gündə 5 saatdan çox internetdən istifadə edir. Uşaqlar xüsusilə sosial şəbəkələr vasitəsilə zərərli informasiyaların, hətta insan alverinin müxtəlif formalarda qurbanına çevrilə bilərlər.
Elgün Səfərov deyir ki, uşaqların bu təhlükədən qorunmasında qanunvericilikdə boşluqlar var. Qanunvericilik normalarında kibercinayət növlərini əks etdirmək mümkündür. Buna əsasən isə xüsusi məsuliyyət növləri müəyyənləşdirilməlidir. Çünki təkcə fiziki şəxslər yox, hüquqi şəxslər, şirkətlər də sosial şəbəkələrdə xüsusi alqoritmlərlə uşaqların hüquqlarını pozurlar.
Şöbə müdiri bildirib ki, qanunvericiklə yanaşı valideyn məsuliyyəti də uşaqların kibertəhlükəsizliyi üçün əhəmiyyətli dərəcədə vacibdir. Ailələr uşaqların internet resusrlarından istifadəsinə xüsusi nəzarət etməldirlər. Ən azından uşaqların istifadə etdiyi oyunlar, alqoritmlər valideyn tərəfindən açılmış şəxsi hesaba birbaşa bağlantılı olmalıdır ki, hər hansı təhlükədən əvvəlcədən xəbərdar ola bilsinlər.
Oxşar xəbərlər
Uşaqlarda ən çox rast gəlinən xəstəliklə bağlı həkimdən XƏBƏRDARLIQ
"Sağlam insanda haymor boşluqları hava ilə dolu olur. Lakin iltihab prosesi zamanı bu boşluqlarda patoloji maye toplanır". BAKU.WS-in məlumtına görə, bunu tibb...