Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında antisanitariya İDDİASI
Yeniliklərdən dərhal xəbərdar olun
7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının zəruri sanitar-gigiyenik şəraitlə təmin edilmədiyi iddia olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə vətəndaşlar müraciət göndəriblər.
Onların sözlərinə görə, xəstəxanada isti su, sanitar qovşaqda salfet, əl yumaq üçün sabun yoxdur:
"Ümumi sanitar şərait uşaqlı pasiyentlərin uzun müddət xəstəxanada qalması üçün uyğun deyil.
Azyaşlı uşağın xəstəxanada müalicə aldığı bir şəraitdə belə əsas gigiyenik vasitələrin olmaması qəbuledilməzdir və uşağın sağlamlığı üçün əlavə risk yarada bilər".
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...