"Uşaq Avroviziyası" təmsilçimiz: "Özümü ilk beşlikdə gözləyirdim"

Uşaq Avroviziyası təmsilçimiz: Özümü ilk beşlikdə gözləyirdim
Video
Sosial 108

"Uşaq Avroviziyası" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Yağmur Nəsrullayeva yarış haqqında təəssüratlarını Baku TV-yə açıqlayıb.

Gənc ifaçı müsabiqə prosesi və nəticələri ilə bağlı fikirlərini bölüşüb: "Hər şey çox tez oldu. Bəzən elə düşünürəm ki, mən dünən seçilmişəm. Açığı, mən özümü ilk beşlikdə gözləyirdim. Düzünü desəm, mənim üçün vacib olan yer deyildi. Mənim üçün əsas olan o idi ki, səhnəyə çıxıb gözəl bir performans göstərim".

Təmsilçimiz, həmçinin, müsabiqə zamanı Ermənistan parlamentinin spikeri Alen Simonyanla olan görüşünə də aydınlıq gətirib. Yağmur qeyd edib ki, bu görüş təşəbbüsü qarşı tərəfdən gəlib:

"Əslində o, mənimlə görüşmək istədiyini bildirdi. Mən də onunla görüşdüm və o, mənə uğurlar arzu etdi. Mən də ona təşəkkür etdim. Düzünü desəm, əslində heç bilmirdim ki, o kimdir. Görüşüm bitəndən sonra bildim ki, o erməni spikerdir."

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər