"Uşağa üçüncü qrup əlillik təyin edirlər, amma hər il müavinəti dayandırırlar" - Maddi çətinliklərlə üzləşən ailədən ŞİKAYƏT
Əslən Ağdamdan olan, hazırda Göygöl rayonunda məskunlaşan Həsənovlar ailəsi Baku TV-nin qaynar xəttinə müraciət edib.
Ailə anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkən 4 yaşlı övladlarının əlillik müavinətinin dayandırılmasından şikayətçidir.
Ailə başçısı Nicat Həsənovun da səhhətində müəyyən problemlər var. Maddi çətinliklərlə üzləşən ailə aidiyyəti qurumlardan kömək istəyir.
Azyaşlının anası Cəmilə Həsənova bildirib ki, övladı hər il narkoz altında müalicə alır və bu prosesdən sonra vəziyyəti daha da ağırlaşır:
". İstəyirik ki, əlillik dərəcəsi düzgün müəyyənləşdirilsin və hər il yenidən dayandırılmasın. Yoldaşımın da işi yoxdur, özü də üçüncü qrup əlildir. Çətin vəziyyətdə yaşayırıq. Sənədləri təqdim etmişik, amma hələ də bizə heç bir cavab verilməyib".
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Rüstəm Nicat oğlu Həsənovun mövcud xəstəliyinə dair ekspertiza üçün əhəmiyyətli göstəricilər Nazirlər Kabinetinin təsdiq etdiyi əlilliyin müəyyən olunması meyarlarına uyğun gəlmədiyi üçün vətəndaş adına göndəriş sənədinin (Forma 88) rəsmiləşdirilməsi mümkün olmayıb.
Oxşar xəbərlər
Binəqədi sakini obyektini təmir etmək üçün icazə ala bilmir: Dövlət komitəsindən REAKSİYA
Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə vətəndaş bildirib ki, 2007-ci ildə paytaxtın Binəqədi rayonu, "DSK yolu" adlanan ərazidə ev və qeyri-yaşayış ob...