Umayra Tağıyeva: “Soyuq Sibir antisiklonu Azərbaycanda havanın dəyişməsinə səbəb olub”
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir antisiklonu Azərbaycanda hava şəraitinin dəyişməsinə səbəb olub, ölkənin bəzi ərazilərində şimal-şərq küləyi güclənib.
Bunu BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
"Göyçayda küləyin sürəti 21, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20, Şəki və Daşkəsəndə isə 18 m/san-dir. Bakıda və Abşeron yarımadasında küləyin sürəti 17 m/san, dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb", - U.Tağıyeva deyib.
O qeyd edib ki, hazırda Quba, Qusar, Altıağac, Gədəbəy və Daşkəsən rayonlarında qarın yağması müşahidə olunur.
Oxşar xəbərlər
Fevral ayına olan hava proqnozu açıqlandı
Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. BAKU.WS APA-ya istinadən xəbər ver...