Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gəliblər
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynalı uşaqlar reabilitasiya proqramı çərçivəsində Bakıya gəliblər.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" sosial şəbəkə hesabında yazıb.
"Ukraynalı 30 uşaqdan ibarət qrup növbəti iki həftəni Azərbaycanda xoş keçirmək üçün reabilitasiya proqramı çərçivəsində bu gün Bakıya gəlib", - o bildirib.
Səfirin sözlərinə görə, indiyədək 662 ukraynalı uşaq bu proqramdan yararlanıb: "Azərbaycana xoş gəlmisiniz".
New group of 30 children of Ukrainian rescuers 🇺🇦 today arrived in Baku under fully covered rehabilitation programme offered by Azerbaijan 🇦🇿 to enjoy next two weeks in Azerbaijan. 662 Ukrainian children have so far benefited from the program. Welcome to Azerbaijan!
— Seymur Mardaliyev (@SMardaliyev) July 6, 2026
🇦🇿🤝🇺🇦 pic.twitter.com/IrJklPxNkQ
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...