Ukraynadan Azərbaycana gətirilən toyuqda BAKTERİYA aşkarlanıb
Ukraynadan Azərbaycana idxal olunan 4,9 ton dondurulmuş toyuq məhsulundan (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) uyğunsuzluq aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, laborator müayinələr nəticəsində məhsulda "salmonella" (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya - red) aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.
Oxşar xəbərlər
Yeni Günəşlidə su borusundakı qəza aradan qaldırıldı - AÇIQLAMA
Yeni Günəşli ərazisində partlayan su borusu ilə bağlı yaranan problem aradan qaldırılıb. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADS...