Ukraynada girovluqdan azad olunan tələbə Azərbaycan diasporuna TƏHVİL VERİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev Azərbaycan diaspor nümayəndələrinə təhvil verilib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, proses onun girov saxlanıldığı yerdən 130 km kənarda yerləşən Zaporojye şəhərində həyata keçirilib.
Qeyd edək ki, H.Abdullayevin aprelin 12-də azad edilməsi planlaşdırılsa da, komendant saatının tətbiqi ilə əlaqədar olaraq, proses bu günə təxirə salınmışdı.
Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü.
Oxşar xəbərlər
Ukraynada girov götürülən azərbaycanlı tələbədən YENİ XƏBƏR var - YENİLƏNİB
Ukraynada girov götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayevin azad ediləcəyi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. BAKU.WS xəbər verir ki, bunu "Repor...