UEFA AVRO-2020-nin biletlərinin qaytarılması prosesinə başladı
Yeniliklərdən dərhal xəbərdar olun
AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün bilet əldə edən azarkeşlər bu gündən etibarən pullarını geri ala bilərlər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, bunun üçün qurumun saytında müvafiq prosedurları tamamlamaq lazımdır.
Daha əvvəl alınan biletlərin 2021-ci ildəki turnir üçün etibarlı olacağı vurğulanıb.
Qeyd edək ki, Avropa çempionatı 2021-ci il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-nin təqviminə əsasən, A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub.
Oxşar xəbərlər
AVRO-2020-nin oyunları üçün biletlərin birbaşa satış mərhələsi başlayıb
AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün birbaşa bilet satışı mərhələsi açıq elan olunub. BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, azarkeşl...